“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. "Azəriqaz" İB-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Bərdə rayonunda təşkil olunacaq.
"Azəriqaz" İB-nin rəhbər şəxsləri Bərdə rayonu, H.Əliyev prospekti, YAP Bərdə rayon təşkilatının inzibati binasında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. “Səyyar qəbul otağı” martın 16-da saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB