Əlilliyi olan şəxslərə 8,8 min reabilitasiya vasitəsi verilib

Əlilliyi olan şəxslərə 8,8 min reabilitasiya vasitəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin iki ayında 2046 nəfər əlilliyi olan şəxsi 8,8 min reabilitasiya vasitəsi ilə təmin edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 2020-ci ilin dekabr ayından etibarən Nazirlik tərəfindən müharibə əlillərinin yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təminatına başlanıb. Cari ilin əvvəlindən də daha 17 müharibə əlilinə həmin protezlər təqdim edilib.

Ümumilikdə Vətən müharibəsindən sonra müharibənin 187 iştirakçısı 197, I Qarabağ müharibəsi əlilləri və Vətən müharibəsinə qədərki dövrdə hərbi səbəblərlə əlaqədar əliliyi müəyyən olunmuş 69 şəxs isə 74 ədəd yüksək texnologiyalı 4-cü nəsil protezlə təmin olunub.

Yanvar-fevral aylarında Agentliyin reabilitasiya müəssisələrində 3812 nəfərə isə reabilitasiya xidmətləri göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə