"Ukraynadakı vəziyyətlə bağlı bu ölkə ərazisində daimi və müvəqqəti yaşayan, səfərdə olan Azərbaycan vətəndaşlarının təxriyəsi davam etdirilir. Azərbaycan vətəndaşlarının Ukrayna ərazisindən şıxarılmasında bu ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimiz və diaspor təşkilatları yaxından iştirak edirlər". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev deyib.
Deputat bildirib ki, vətəndaşlarımızın təxliyyəsi Polşa, Rumıniya, Moldova və Türkiyənin İstanbul şəhəri üzərindən həm çarter reysləri, həm də qonşu ölkələrin ərazisindən keçməklə avtobuslarla həyata keçirilir: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, AZAL hər gün həmyerlilərimizin ölkəmizə gətirilməsi üçün təxriyə uçuşları həyata keçirir. Azərbaycan vətəndaşları üçün təxriyyə reysləri ödənişsizdir. Bu bir daha göstərir ki, Azərbaycan dövləti sosial bir dövlətdir və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən siyasi kursun mərkəzində Azərbaycan vətəndaşı, onun təhlükəsizliyi, sosial-rifah halının durmadan yüksəldilməsi dayanır və bu siyasət bundan sonra da uğurla davam etdiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB