Günümüzdə gənclər arasında daha geniş yayılmış minlərcə mükafat qazanmış seriallar, filmlər, şoular təqdim edən yayım xidmətlərindən biri də “Netflix”dir. Bu, mənim də çox sevərək izlədiyim platformadır. “Netflix”də daha çox keçmiş, tarixi filmləri izləməyi xoşlayıram. Beləcə, həm keçmiş haqqında təsəvvürüm yaranır, həm də yeni məlumatlar öyrənirəm. Bir başqa xeyri isə xarici dilimi təkmilləşdirməyimdir. Yeni dil öyrənmək və yaxud da təkmilləşdirmək istəyirsinizsə sizə bu platformanı tövsiyyə edirəm.
Baxdığım keçmiş filmlər arasında mənə ən yaxşı təəssürat bağışlayan və mənim ən sevimli filmim “Rebecca”dır. Burada keçmişi çox yaxşı təsvir ediblər. Filmə baxanda bilinir ki, böyük əmək və büdcə sərf edilib.
Film 2020-ci ildə Britaniyada çəkilib. Romantik filmdir, baş rollarını ingilis aktrisası Lili Cames və amerikalı Armie Hammer oynayıb. Rollarını çox yaxşı mənimsəyiblər və bu onların performanslarına peşəkarcasına təsir göstərib. Sizə bu filmi baxmağı məsləhət görürəm.
Digər tarixi dram və keçmiş növdə olan və bəyənərək izlədiyim “Pera Palasta Gece Yarısı” serialıdır. Serial Türkiyədə çəkilmiş və baş rolunu türkiyəli məşhur aktrisa Hazal Kaya oynamışdır. Serialda Atatürklə bağlı məqamlar yer almışdır. Serial fantastika janrındadır, keçmişə və gələcəyə səyahət olunur. Bu serialda da böyük əmək var. İzlənməyi hər kəsə tövsiyyə edərdim.
Süsən Heydərova
Azərbaycan Dillər Universitetinin 4-cü kurs "Filologiya" fakültəsinin tələbəsi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB