Saç tökülməsinin əsas səbəbləri AÇIQLANDI - BİLMƏNİZ VACİBDİR - EKSPERT DANIŞDI
“Saç dərisində keçəlləşmənin və yaxud da saçın tökülməsinin müxtəlif səbəbləri ola bilər. Androgen alopesiyalar ən geniş yayılmış saç tökülmə formalarından biridir”. Bu sözləri SİA-ya açıqlamasında dermotoloq Sevinc Kərimova bildirib.

Onun sözlərinə görə, hansıki bu, əsasən kişilərdə rast gəlinir: “Lakin nadir hallarda xanımlarda da görülən bir xəstəlikdir. Bu sırf androgenlərin, yəni kişi cinsi hormonlarının baş dərisinin təpə nahiyəsinə verdiyi təsir nəticəsində yaranır. Bu cür keçəlləşmə daha çox irsi xarakter daşıyır.
Adətən androgen alopesiya pasientlərdə dərilərinin çox yağlı olduğunu müşahidə edirik.
Ocaqlı saç tökülmə, kiçik ocaqlar şəklində, total alopesiyalar şəklində olmaqla da saç tökülmələrinin müxtəlif formaları müşahidə olunur. Total alopesiyalarda nəinki saç tökülür, bütün bədəndə tük demək olar ki, yox olur. Müəyyən bir səbəbdən, xüsusilə də stress nəticəsində saçların ocaqlı şəkildə və yaxud da daha kəskin forması total olaraq tökülməsini müşahidə edirik. Burada həm endokrin sisteminin rolu var, həm də sinir sisteminin.
Bəzi saç tökülmə problemlərinin qarşısını almaq üçün isə dermetoloqlarla yanaşı nevropatoloq, endokrinoloqun müalicəsi də əhəmiyyət kəsb edir. Ümumiyyətlə saç tökülməsi problemi ilə bağlı müraciətlər olduqca çox olur. Hazırda isə bu xəstəliklə müraciət edənlərin çoxları “Covid-19” xəstəliyini artıq 2-3 aydır ki, keçirənlər olur.
Bu zaman isə əsas səbəb kimi mineral çatışmamazlığı, anemiyalar, qan azlığı, qanda dəmirin azlığı və s. göstərilir. Buna görə mütləq şəkildə saç tökülməsinin səbəblərini araşdırmaq lazımdır. İstənilən halda bu saç tökülmə növlərində müasir tibbdə, dermotologiyada hər birinin mükəmməl müalicələri var”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB