İnsanlar yaşlarını niyə azaltmağa üstünlük verir? - MARAQLI DETALLAR - PSİXOLOQ BİLDİRDİ
“Bir insan yaşının azaldıb və ya çoxaldıb deməsi onun yaş kompleksi ilə bağlı kompleksindən asılıdır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, bu ən çox orta yaşlı xanımlarda özünü biruzə verir: “Orta yaşlı xanımlar hər hansı bir münasibətdə olarkən və ya işə düzəldiyi zaman cəmiyyətdə özünü aktiv və gənc hiss etmək üçün yaşını azaldır. Bunların çoxu eyni zamanda travmalar ilə əlaqəlidir. Bir çox insanlarda yaşlanma ilə bağlı travmaları olduğu üçün həmin insan yaşını azaldır və ya fərqli deyir. Həmçinin psixi pozğunluqlar baş verdiyi zaman da bu hallar baş verir. Yəni həmin insanlar bunun səbəbindən informasiyaları dəyişdirir və ya fərqli verirlər. Bu hallar psixologiyada kompleks hesab edildiyi halda, psixatriyada bu daha çox psixi pozuntu ilə əlaqələndirilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB