Nikahdan öncə cütlüklərin psixoloji uyğunluğu yoxlanılmalıdır? - PSİXOLOQ AÇIQLADI
"Ailələrin dağılmaması, uşaqların psixologiyasının pozulmaması üçün nikahdan öncə cütlüklərin psixoloji uyğunluğu yoxlanılması məsləhət görülür. Necə ki, qohumluq əlaqəsi ilə qurulan ailələrdə xəstə uşaqlar dünyaya gəlir, eləcə də psixoloji cəhətdən uyğun olmayan cütlüklərin uşaqlarında da yeniyetməlik dövründə şizofreniya və bir çox başqa psixoloji problemlər yarana bilər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, insanların bir-birini anlaması psixologiyada "sosial persepsiya" adlanır: "İnsanların mütləq şəkildə bir-birini anlaması üçün öncədən psixoloq müayinəsindən keçərək uyğun olub-olmadıqlarını bilməkləri vacibdir. Adətən insanlar zahiri görkəmə diqqət yetirirlər. İnsanın fiziki simasının elementləri çox olmasına baxmayaraq psixoloji tədqiqatlar göstərir ki, insanı insan kimi qavramaq prosesində onların hər biri eyni dərəcədə rol oynamır".
Psixoloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, bu baxımdan saç, göz, burun, dodaq kimi elementlərin əhəmiyyəti çox böyükdür: "Çünki insanın qavranılmasının istinad elementləri vacib hesab olunsa da, qavranılma prosesində insan sifəti mühüm yer tutur. İnsanlar ilk baxışdan gözə, saça və ya başqa bir şeyə aldanırsa, illər sonra onların psixoloji uyğunluğu öz təsdiqini tapmadıqda elə ilk olaraq önə çıxan həmin elementlər olur.
Yalnız cütlüklərin bir-birini deyil, eyni zamanda özünü qavraması, digər qohum əlaqələrinin də yaxşı olması vacibdir. Odur ki, nikah öncəsi cütlüklər bir-birlərini korreksiya etməyi bacarmalıdır. Yəni, onlar məntiq evliliyi etməlidir. Məntiq evliliyi isə təkcə ev, maşın, iş kimi kriteriyaların olması demək deyil. Əsl məntiq evliliyi psixoloji uyğunluqda bir-birlərini tam olaraq qavrayıb, daha sonra evliliyə addım atmaqdır".
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB