“91-lər”in üzvü, filologiya elmləri doktoru, professor Əjdər İsmayılov 13 mart 2022-ci ildə vaxtsız vəfat edib. SİA xəbər verir ki, bu barədə professorun oğlu Cavid İsmayıl məlumat verib.
Qeyd edək ki, Əjdər İsmayılov 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1963–1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun rejisorluq fakültəsində oxumuş, rejisor Mehdi Məmmədovun və aktyor Rza Təhmasibin tələbəsi olmuşdur.
1961–1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru, daxili işlər nazirliyinin, "Şərq qapısı" qəzetinin əməkdaşı, 1977–1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor olmuşdur.
1961-ci ildə ADU-nu bitirib, anadan olduğu dogma kəndində, Çomaxtur kənd səkkizillik məktəbində pedaqoji fəaliyyətə başlamışdır. Çomaxtur kənd səkkiz illik məktəbində yenidən müəllimlik fəaliyyətinə başlayaraq 1974–1977-ci dərs ilində özünün şəxsi təşəbbüsü ilə səkkiz illikdən orta təhsilə çevirilən və müasir tədris avadanlığı ilə təchiz edilmiş iki mərtəbəli məktəb binasının inşasında müstəsna xidməti olmuş və məktəb direktoru işləmişdir.
1977-ci ildə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutuna dəvət edilmiş, Ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor olmuşdur (1994-cü ilə qədər).

YAP-ın yaradıcıları olan 91-lərdən bir qrupu
1992-ci ilin 21 aprelində Azərbaycan Respublikasına prezident seçkisi qarşısında Şərur əhalisinin toplantısını təşkil etmiş, Heydər Əliyevin prezidentliyə namizədliyini irəli sürdmüşdü. Bu toplantı müdrik siyasət rəhbərinin Azərbaycanı müstəqilliyə aparacaq mübarizə yolunun başlanğıcı idi. Toplantının çıxardığı qərarı 22 aprel 1992-ci ildə Bakı şəhərində yerləşən döyüşən Naxçıvana hər cür köməklik göstərən "Əlincə" cəmiyyətinə çatdırmışdı.
Bunun davamı olaraq Ali Sovetinin binası qarşısında 1992-ci ilin 24 aprelində tarixi mitinq keçrilmişdi. Mitinqin tşkilatçılarından olan Əjdər İsmayılov ilk çıxışında Azərbaycana qarşı aparılan çirkli oyunlar barədə tutarlı faktlarla bağlı fikirlərini söyləmişdir.
Əjdər İsmayılov mitinqdən sonra Heydər Əliyevin dəvətilə Naxçıvanda onun qəbulunda olmuş və Bakıda baş verən mürəkkəb və ziddiyyətli siyasi hadisələr barədə xilaskarımıza ətraflı məlumat vermişdi. 1992-ci ilin avqust ayında o, Şərur rayonunda ziyalılardan ibarət "Heydər Əliyev tərəfdarları" təşəbbüs qrupunu yaratmışdır.
1992-ci ilin 9 dekabr tarixində Əjdər İsmayılov Yeni Azərbaycan Partiyasının ümumxalq mahiyyətini aşkarlayan "Səs" qəzetində "Partiyamızın lideri xalqdır" bəyanatı ilə çıxış etmişdir.
1993-cü ilin 27 yanvarında Heydər Əliyevin iştirakı ilə keçirilən YAP-n Şərur rayon təşkilatının təsis konfransında Əjdər İsmayılov çıxışının bir yerində demişdir: "Vətənimizi hədələyən fəlakətlərdən qorumaq üçün Allahın yolladığı bu müdrik xilaskarı biz həyatımız bahasına olsa da, qorumalıyıq".
1994-cü il 5 oktyabr tarixində Heydər Əliyevin göstərişi ilə Azadlıq meydanında yüz minlərlə əhalinin iştitak etdiyi dövlət çevrilişinə həsr edilmiş mitinqin təşkilatçılarından biri də Əjdər İsmayılov olmuşdur.
“91-lər”in üzvü olan Ə.İsmayılov YAP-ın Veteranlar Şurasının üzvü idi.
SƏS Media Qrupun kollektivi Əjdər İsmayılovun vəfatı münasibətilə mərhuma Allahdan rəhmət diləyir, yaxınlarına, doğmalarına dərin hüznlə başsağlığı verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB