“Evlilikdə bürclər olduqca önəmlidir. Lakin sadəcə bürclər yox. Yəni sadəcə iki insanın bürcünə baxaraq o insanların sevgi həyatından danışmaq absurd bir qərar olar”. Bu sözləri SİA-ya açıqlamasında astroloq və spiritualist Rəşad Hacıyev bildirib.

Onun sözlərinə görə, evlilikdə vacib olan şey iki nəfərin də doğum xəritələrinin biri-birinə uyğun və uyumlu olmasıdır. Burada həm öz bürcünüz, həm ay bürcünüz, eyni zamanda Venera, Mars bürcləri də özünü göstərir. Yəni əsas məsələ bütün planetlər arasında gözəl uyumlar yaranan və ya uyğunluq daha çox olanda o zaman evlilik üçün olduqca vacib olur. Bu mənada torpaq qrupları-buğa, oğlaq, qız ilə su qrupları-xərçəng, əqrəb, balıq daha yaxşı harmoniyaya girə bilir, daha yaxşı yola gedə bilir. Eyni zamanda bu bürclər öz aralarında da yaxşı yola gedə bilirlər.
Alov qrupları-şir, qoç, oxatan ilə hava qrupları-əkizlər, tərəzi, dolça bürcləri də həm öz aralarında yaxşı yola gedə bilirlər, həm də biri-birləri ilə yaxşı yola getməyə meyillidirlər. Lakin bunlar yenə də evlilik üçün kifayət deyil. Yəni evlilik üçün mütləq Mars, Venera bürclərə də baxılmalıdır.
Kişilərdə Mars öz kişi enerjisini ortaya necə qoyduğunu, nə qədər cəsarətli, güclü olduğunu göstərən planetdir. Bir kişinin həm münasibətdə özünü necə apardığını, eyni zamanda yataq həyatı da Marsla təmsil olunur.
Bir qadının öz qadınlığını necə ortaya qoyduğunu, münasibətdə özünü necə aparması, qadın enerjisinin nə qədər olması isə Venera planetindən asılıdır. Əgər qadının Venerası ilə kişinin Marsı arasında gözəl enerjilər, harmoniylar uyğunluq varsa bu münasibət daha cəzbedici, çəkici, ehtiraslı və gözəl münasibətə çevriləcək. Evlilik üçün isə əsasən Saturna baxırıq. Saturn sağlamlaşdırıcı planet kimi qəbul olunur. Bu əzmlə, davamlılıqla bağlı bir planetdir. Saturnun əgər cütlük analizində əgər göstəriciləri müsbətdirsə, həmin təqdirdə bu münasibət ciddi münasibətə çevrilir və evliliyə qədər gedir.
Günəşlər arasındakı harmoniya, yəni sizin günəşiniz ilə qarşı tərəfin günəşi arasında olan harmoniya və Günəş-Yupiter aspektləri isə tərəflərin biri-birinə münasibət yaşadıqdan sonra nə qədər pul qazana biləcəyi, nə qədər var-dövlət əldə edəcəyini bizə göstərən amildir”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB