"Xarı bülbül" adlı Novruz tədbiri keçirilib

"Xarı bülbül" adlı Novruz tədbiri keçirilib

Bu gun “Sübhnur” Tədris Mərkəzinin rəhbərliyi tərəfindən Hemofiliyadan əziyyət cəkən uşaqlar üçün Bahar ətirli "Xarı bülbül" adlı Novruz tədbiri keçirilib. Kolorit restoranında təşkil olunan bu xeyirxah tədbirdə körpə fidan balaların görüşünə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının İdarə Heyətinin üzvü Mədinə xanım Hedeynova və qurumun üzvü olan uşaqlar, KOB Kicik Orta Biznes İnkişaf Agentliyinin Abşeron regional koordinatoru Elmar Rzayev, Gəncliyə Yardım Fondunun keçmiş vitse prezidenti Salman Əliyev, “Azərbaycan” qəzetinin əməkdaşı, yazıçı-publisist, 28 tədqiqat və araşdırma kitabının müəllifi Məhəmməd Nərimanoğlu, habelə "Xocalı Soyqırımını Taniyaq" ictimai birliyinin sədri, medonline.az saytının baş redaktoru, müharibə veteranı Şamil Sabiroğlu və Qarabağ döyüşlərində qəhrəmanlıqla iştirak edən Qarabağ müharibəsi iştirakçısı, ikinci qrup müharibə əlili qazi Ülvi Kadir öz kicik övladları ilə birgə gəliblər.

“Sübhnur” Tədris Mərkəzinin rəhbəri Gülnarə Hüseynova tədbirdə çıxış edərək, rəhbərlik etdiyi qurumun daima bu qəbildən olan körpə uşaqlara həssas münasibət göstərdiyini, onların sosial problemlərindən tutmuş təhsil sahəsinə qədər bir sıra məsələlərin həllində aktiv iştirak etdiyini diqqətə çatdırıb. Gələcəyimiz olan uşaqların dövlətimiz tərəfindən böyük qayğı ilə əhatə olunduğunu deyən G.Hüseynova, rəhbərlik etdiyi qurumun bu işdə fəal iştirak etdiyini diqqətə çatdırıb.

Şəhid ailələri və müharibədə iştirak edən qazilərimizin övladları üçün Tədris Mərkəzində geniş şərait yaradıldığını, onlara təmannasız təhsil verildiyini qeyd edən G.Hüseynova, bu işin bundan sonra da davamlı olaraq inkişaf etdirəcəyini bildirib. G.Hüseynova bu qayğının bariz nümunəsi kimi, fiziki qüsurlu istedadlı gənc Turac Babayevanın Tədris Mərkəzinin bacarıqlı əllər dərnəyinə müəllim kimi qəbul olunduğunu elan edib. T. Babayeva öz əlləri ilə toxuduğu buta əsərini Tədris Mərkəzinin rəhbərliyinə hədiyyə edib.

Tədbirdə gənc müğənni Günay Oruc şən mahnıları ilə uşaqlara əsl bahar sevinci yaşadıb. Uşaqlar da bir sıra gözəl mahnılar ifa etmiş, qonaqlarla birgə rəqs etmişlər. bundan başqa balaca dostlarını təbrik etmək ücün gəlmiş Mələkxanım və istedadlı qiraətçi Aylin Ağayeva uşaqlara gözəl sevinc bəxş ediblər.

Sonda "Cinar" nəşriyyatının təsisçisi və direktoru Bəhram Oruclunun adından bütün uşaqlara hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə