PayPal elektron ödəniş sisteminin nümayəndələrinin ötən gün, martın 18-də Rusiyadan olan müştərilərin cəlb olunduğu pul köçürmələrinin bloklanacağını bildiriblər. Ona görə də sistem müştərilərinə qalan vəsaitlərin çıxarılmasına çağırış edib. SİA bu barədə “vestikavkaza” saytına istinad edir.
“Son hadisələrlə əlaqədar Rusiyada göndərmə və qəbul xidmətlərimizi dayandırmaq qərarına gəldik. Hazırda geri götürmə funksiyasını qoruyuruq. Mümkün əlavə xidmət pozuntularını minimuma endirmək üçün sizdən 18 mart tarixinədək balansınızı hesabınızdan çıxarmağınızı xahiş edirik”. Bu PayPal çirkətinin müraciətindəndir.
Buldirək ki, şirkət rusiyalı müştərilərdən yaradılan narahatçılığa də görə üzr istəyib.
Yeri gəlmişkən bildirək ki, PayPal ən böyük debet elektron ödəniş sistemidir. 1998-ci ildə ABŞ-da yara dılıb. Şirkət müştərilərə hesabları, alışları ödəməyə, pul köçürmələri göndərməyə və qəbul etməyə imkan verir. 2002-ci ilin oktyabrından eBay-in bir bölməsidir. 20 iyul 2015-ci ildən etibarən PayPal və eBay səhmləri ayrı-ayrılıqda bazarda alınıb-satılır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB