Ayaq qaşıntısının səbəbləri nədir?

Ayaq qaşıntısının səbəbləri nədir?

Ayaq qaşıntısı müxtəlif səbəblərdən yarana bilər. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu vəziyyət müvəqqəti olsa da, bəzi sağlamlıq problemləri ilə də uzun müddət yaşana bilər.

Ayaq qaşıntısının səbəbləri arasında tərləmə və dəri problemləri, həmçinin göbələk əmələ gəlməsi xüsusi yer tutur. Eyni zamanda qeyd etmək lazımdır ki, müxtəlif səbəblərdən ötəri ayaq qaşıntısına qarşı bəzi həll üsulları mövcuddur.

Ayağın qaşıntısının səbəbini tapmaq üçün ilk növbədə mütəxəssis həkimə müraciət etmək lazımdır. Təbii ki, fərdi şəkildə tətbiq oluna bilən bəzi üsullar var. Soyuq kompres, duzlu su, çay ağacı yağı, alma sirkəsi, aloe vera və s. bu üsullar arasındadır.

Məsələn, zeytun yağı və çay ağacı yağını qarışdıraraq ayağa tətbiq etmək olar. Bu qarışığı yarım saat qaldıqdan sonra yaxalamaq kifayətdir. Beləliklə, bu, həm ayaq qaşıntısını aradan qaldıra, həm də ayaqları yumşalda bilər.

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə