Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində Sabirabad Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Sabirabad Rayon Gənclər və İdman İdarəsi və rayon təhsili şöbəsinin birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib.
SİA Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə çıxış edənlər mövzunun aktuallığından danışıblar.
Bəşəriyyəti narahat edən məsələlərdən olan dini radikalizm və onun fəsadları barədə məlumatlar verilib. Bu sahədə dini maarifləndirmə işinin önəmi vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB