Qaxda polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər - FOTOLAR

Qaxda polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər - FOTOLAR

Qarın yağması ilə əlaqədar Qax Rayon Polis Şöbəsinin əməkdaşları hərəkətin təhlükəsizliyinin təmin olunması və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirirlər.
SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildiriblər ki, şəhər daxilində, eləcə də turistlərin ən çox üz tutduğu kənd yollarında nəqliyyatın hərəkəti yol patrul və post patrul xidmətinin əməkdaşları tərəfindən tənzimlənir.

Sürücülərlə profilaktik söhbətlər aparılır və onlara yollarda olan vəziyyət barədə məlumat verilir.

Həmçinin piyadaların, xüsusilə də azyaşlıların avtomobil yollarından keçirilərək mənzil başına təhlükəsiz çatması üçün lazımi qabaqlayıcı tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə