Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib

Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib

Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. SİA Milli Televiziya və Radio Şurasının (MTRŞ) saytına istinadla xəbər verir ki, iclasda ümumrespublika radio kanalının (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107,0 MHz tezliyi) açılması üçün 2022-ci ilin yanvarın 17-dən fevralın 17-dək elan olunmuş müsabiqənin nəticələri açıqlanıb.

Geniş müzakirələrdən sonra texniki imkanların mövcudluğu, yayım konsepsiyasının uyğunluğu və peşəkar kadrların olması cəhətdən digər iddiaçılarla müqayisədə daha üstün potensiala malik olan “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“Real FM” radio kanalı) müsabiqənin qalibi elan edilməsi barədə qərar qəbul olunub.
İclasda, həmçinin televiziya kanallarının efirində yayımlanan reklam çarxları müzakirə olunub. Bir sıra kanalların efirində yayımlanan (bir) reklam çarxı ilə bağlı narahatlıqlar dinlənilib və yayımçılara bununla bağlı müraciət qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə