“Agrotech Workshop and Hackathon” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusibov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tərəfdaşlığı, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi, SUP.VC şirkətinin təşkilatçılığı ilə keçirilən “Agrotech Workshop and Hackathon” müsabiqəsinin qalibləri ilə görüşüb. SİA xəbər verir ki, görüşdə kənd təsərrüfatı sahəsindəki problemlərə ən yaxşı innovativ həllər təqdim etməklə, bu sahənin inkişafı üçün yeni prototip hazırlayan Gəncə Dövlət Universitetinin Biologiya-kimya fakültəsinin Kimya ixtisası üzrə 4-cü kurs tələbələri Aysel Mustafayeva, Əminə Orucova, Jalə Əsgərova və İnnovasiyalar Departamentinin ekspert-konsultantı Rəşad İsgəndərov, Biologiya-kimya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev və İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov iştirak ediblər.
Rektor Yusif Yusibov qalib komanda üzvlərini təbrik edərək, onlara innovativ həllərini reallaşdırılmaları üçün maddi-texniki dəstək verəcəyini bildirib. Bundan başqa, rektor Azərbaycanda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı müsabiqələrində də iştirak edən komanda üzvlərinə uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB