“İnsan alveri ilə mübarizədə qiymətləndimə amili və onun əhəmiyyəti” UĞURLU LAYİHƏ+FOTOLAR

“İnsan alveri ilə mübarizədə qiymətləndimə amili və onun əhəmiyyəti” UĞURLU LAYİHƏ+FOTOLAR

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi tərəfinfən həyata keiçiriən layihə bu dəfə regionlarda!

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi uğurlu layihələrini icra etməkdə davam edir. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnsan alveri ilə mübarizədə qiymətləndimə amili və onun əhəmiyyəti” layihəsinin icra planına uyğun olaraq 9-11 mart 2022-ci il tarixlərində Astara rayonunda İnsan alveri ilə mübarizə sahəsində insanların məlumatlılığını öyrənmək məqsədilə sorğu keçirilib.

Verilən məlumatda o da vurğulanır ki, sorğu inşaat, kənd təsərrüfatı işlərini həyata keçirən sahibkarlar, ev qulluğu sahəsində çalışanlar və onları işə götürənlər, icma üzvləri, o cümlədən qadınlar və gənclər arasında aparılıb.

Təşkilat eyni zamanda sorğunun həyata keçirilməsində xüsusi fəallıq göstərən Astara rayon Gənclər və İdman İdarəsinin könüllüləri ilə birlikdə potensial qurbanların rayon ərazisində ən çox cəmləşdiyi kafe, hotel və gözəllik salonlarında İnsan alveri ilə mübarizəyə dair dövlət qurumları və QHT-lər tərəfindən çap olunmuş faydalı nəşrləri , eləcə də İctimai Birlik tərəfindən hazırlanmış 2022-cil il istehsalat təqvimlərinin paylanılmasını həyata keçirib.

Layihənin tədbir planları uğurla icra olunmaqda davam edir.

Fotolar aşağıda:

Bütün xəbərlər Facebook səhifəmizdə