“Gələcəyimizi birlikdə düşünək” adlı tədbir olub - FOTOLAR

“Gələcəyimizi birlikdə düşünək” adlı tədbir olub - FOTOLAR

Əsrin bəlasına çevrilən narkomaniya bəşəriyyəti narahat edən ən mühüm problemlərdən biridir. Bu təhlükəli bəlaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvü fəal iştirak etməlidir. SİA xəbər verir ki, bu fikirlər Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində keçirilən “Gələcəyimizi birlikdə düşünək” adlı maarifləndirici tədbirdə səsləndirilib. Tədbirdə Beyləqan rayon peşə məktəbinin tələbələri, rayon ümummtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.

Mərkəzin direktoru Xəyalə Kərimova çıxışında bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniya, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükədən, genofondumuza vura biləcəyi zərərdən danışıb. Bildirib ki, narkotik aludəçilərinin əksəriyyətinin gənc nəslin nümayəndələri olması təəssüf doğurur. Gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Odur ki, gəncliyimizin, gələcəyimizin bu bəladan qorunmasında hamı fəal olmalıdır.

Tədbirdə Mərkəzin elmi işçisi Mədinə Rzayevanın “Məhv olmuş arzular” adlı məruzə ilə çıxış edib. Diskussiya ilə davam edən tədbirdə yeniyetmə və gənclərin fikirləri dinlənilib.

Sonda “Ağ ölüm” adlı film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə