Ombudsman 17 yaşlı qızın zorlanması faktını nəzarətə götürüb - QURUM RƏSMİSİ AÇIQLADI

Ombudsman 17 yaşlı qızın zorlanması faktını nəzarətə götürüb - QURUM RƏSMİSİ AÇIQLADI

"Ombudsmanın 916 çağrı mərkəzinə sağlamlıq imkanları məhdud, 2005-ci il təvəllüdlü Gəncə sakini olan yetkinlik yaşına çatmayan qızın zorlanaraq hamilə qalmasına dair ailə üzvləri tərəfindən müraciət olunub". Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Emil Şahzadənin SİA-ya açıqlamasında bildirib ki, bununla bağlı Ombudsman tərəfindən Gəncə şəhər prokurorluğuna dərhal sorğu göndərilərək, məsələ nəzarətə götürülüb: "Onu da qeyd edim ki, azyaşlının tibbi müayinəsi və sağlamlıq vəziyyətinin nəzarətdə saxlanılması üçün Ombudsman tərəfindən TƏBİB-ə də müraciət olunub. Ombudsman Aparatının əməkdaşları zərərçəkmiş azyaşlı qızla və ailə üzvləri ilə əlaqə saxlayıblar. Onun səhhəti, psixoloji durumu və hüquqularının müdafiəsi ilə maraqlanıblar. Ombudsman Səbinə Əliyeva məsələni nəzarətə götürüb, zəruri dəstəyin göstəriləcəyini bildirib”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə