Yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni bina inşa olunub - İDARƏ RƏİSİ AÇIQLADI

Yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni bina inşa olunub - İDARƏ RƏİSİ AÇIQLADI

"Azərbaycanda yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni bina inşa olunub". SİA xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova nazirlikdə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, artıq binanın tikintisi tam başa çatıb: "Bina tam standartlara uyğun inşa edilib. Binada yetkinlik yaşına çatmayan məhkumlar psixoloji xidmətlər üçün də şərait yaradılıb. Yaxın günlərdə bina istifadəyə veriləcək və yetkinlik yaşına çatmayan məhkumlar yeni binaya köçürüləcək".

Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə