Amnistiya Aktı Penitensiar Xidmət üzrə 5 971 məhkuma şamil edilib - MALİK ƏLƏKBƏROV

Amnistiya Aktı Penitensiar Xidmət üzrə 5 971 məhkuma şamil edilib - MALİK ƏLƏKBƏROV

"Amnistiya Aktı 15 450 nəfərə şamil edilib. Onlardan 8 626 nəfər cəzadan tam azad edilib". SİA xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov nazirlikdə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 6 490 nəfərin cəza müddəti isə azaldılıb: "Amnistiya Aktı Penitensiar Xidmət üzrə 5 971 məhkuma şamil edilib. Onlardan 2 710 nəfəri azadlıqdan mərhum olunub. Amnistiya Aktı ilə 1 200 məhkum pul cərimə cəzasından azad edilib. Cərimələrin miqdarı ümumilikdə 1 milyon 500 min manatdır".

Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə