Amnistiya Aktı ilə bağlı 15 şikayət daxil olub - İDARƏ RƏİSİ AÇIQLADI

Amnistiya Aktı ilə bağlı 15 şikayət daxil olub - İDARƏ RƏİSİ AÇIQLADI

“8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin Qərarının icrası ilə bağlı nazirlik üzrə 05.11.2021-ci il tarixli əmrlə həmin Qərarın tətbiqi ilə əlaqədar daxil olmuş şikayətlərin araşdırılması üçün Monitorinq qrupu yaradılıb". SİA xəbər verir ki, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

Onun sözlərinə görə, ötən müddətdə 15 belə şikayət daxil olub, onlardan 14-ü araşdırılmaqla nazirliyin rəhbərliyinə məruzə edilib: "Onlardan 5-i Cəzaların icrasına nəzarət üzrə müfəttişlik, 1-i İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi tərəfindən Monitorinq qrupuna göndərilib, biri prokurorluğun “Qaynar xətt”indən, 6-ı Katiblikdən bilavasitə daxil olmuş, 2-si isə Monitorinq qrupuna məlumat verilməklə Penitensiar xidmət tərəfindən məzurə edilib. Şikayətlərdən 2-si probasiya, digərləri isə Penitensiar xidmətlə əlaqədar olub. Araşdırmalarla bütün şikayətlərin əsassız olması müəyyən edilib, onlardan 6-sı məlum Amnistiya Aktının təsiri dairəsinə düşməyən məhkumlar barəsində, 4-si zərərçəkmiş şəxslərin şikayətləri, 2-si dini baxışlarına görə nəzarətdə olan məhkum barəsində, 3-ü şikayət daxil olanadək barəsində amnistiyanın tətbiqi ilə bağlı tədbirlər görülmuş məhkumlar barəsində olmuş, 2-i üzrə şikayət daxil olduqdan sonra amnistiyanın tətbiqi ilə bağlı tədbir görülüb".

Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə