Azərbaycan süfrəsi kosmik energetikanı əks etdirir - FİLOLOQ MÜNASİBƏT BİLDİRDİ

Azərbaycan süfrəsi kosmik energetikanı əks etdirir - FİLOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Novruz bayramında ənənəyə uyğun olaraq hər bir ailə öz büdcəsi yetəcək qədər bazarlıq edir və süfrəsini müxtəlif təamlarla gözəlləşdirir”. Bu sözləri SİA-ya açıqlamasında Filologiya üzrə fəlsəfə doktoru Hacı Firudin Qurbansoy bildirib.

Onun sözlərinə görə, bu bayram günəşin qoç bürcünə girməsiylə başlayır: “Hər bir evdə çərşənbə günlərinin başlanğıcından artıq səmənilər cücərdilir. Səməni Azərbaycan xalqına xas olan bir rəmzdir. Çünki səməni Adəm və Xızır peyğəmbərlərimizi yada salır. Bununla yanaşı bayram adət-ənənələrindən də biri süfrəyə 7S hərfi ilə başlayan əşyaların və ya qidaların qoyulmasıdır. Bu qayda əsasən Fars xalqına aiddir. Çünki ərəb əlifbası ilə əlaqədar olaraq onlarda bu hərif SİN adlanır. Novruz bayramında süfrəyə qoyulan şirniyyatlarında özünəməxsus mənaları var. Misal olaraq qoğal günəşə, şəkərbura aya, müxtəlif çərəzlər isə ulduzlara bənzədilir. Yəni biz Azərbaycan süfrəsinə baxdıqda kosmik energetikanı görürük. Keçmiş zamanlardan Novruz bayramı xüsusi şəkildə qeyd olunardı. O, zamanlar da kasıb insanlar üçün cavan oğlanlar torba atar və əldə etdikləri qidaları həmin insanları bölüşərdilər. Lakin bugünkü gün torba əvəzinə papaq atılır bu heç düzgün deyil. Çünki papaq bizim qeyrət rəmzimizdir və onu kiminsə qapısına atmaq olmaz”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə