Media Reyestri artıq hazırdır - MEDİA

Media Reyestri artıq hazırdır - MEDİA

Media Reyestri artıq hazırdır. SİA-nın məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli deyib.

"Media Reyestrinin ilkin qaydaları hazırlanıb və işçi qaydada müvafiq strukturlarla müzakirələr aparılır" -, deyə N.Məmmədli əlavə edib.

N.Məmmədli media subyektlərinin reyestrə nə zaman daxil ediləcəyinə də aydınlıq gətirib: "Media subyektlərinin reyestrə daxil edilməsi tam şəkildə təşkilati-hüquqi məsələlər başa çatdıqdan sonra olacaq. Nazirlər Kabinetinin sərəncamında qeyd olunduğu kimi, qısa vaxtda reyestrin fəaliyyətə başlamasının şahidi olacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə