DSK sədri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb - FOTO

DSK sədri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb - FOTO

Martın 9-da Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə görüşüb. SİA xəbər verir ki, görüş zamanı son illər ərzində Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasındakı fəal tərəfdaşlıq nəticəsində ikitərəfli əməkdaşlığın inkişafına yönəlmiş bir çox görüşlərin təşkil olunduğu qeyd edilib, bu tərəfdaşlıq çərçivəsində həyata keçirilmiş layihələr və tədbirlərin ölkədə statistika potensialının gücləndirilməsində, milli statistika sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması və ölkə statistikasının inkişafında əhəmiyyəti vurğulanıb.

Dünya Bankı tərəfindən aparılan və 2022-ci ilin iyun ayında təqdimatı planlaşdırılan Azərbaycan üzrə Sistemli Diaqnostik Tədqiqatın (ÖSDT) yenilənməsi və bununla bağlı rəsmi statistika məlumatlarından istifadə barədə müzakirələr aparılıb. Bununla yanaşı, Dövlət Statistika Komitəsinin həyata keçirdiyi ev təsərrüfatları büdcələrinin müayinəsi əsasında Azərbaycanda yoxsulluğun azaldılması və ümumi rifaha nail olma istiqamətində irəliləyişlərin qiymətləndirilməsi üçün gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə