Ukraynadan təxliyə edilən 180 Azərbaycan vətəndaşı Bakıya gəlib - FOTO
Ukraynadan təxliyə edilən daha 180 Azərbaycan vətəndaşı Bakıya gəlib.
SİA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində deyilir.
"Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən Azərbaycanlılar, Polşa ərazisindən həyata keçirilən AZAL-ın çarter reysi ilə, aralarında 6 körpə olmaqla, 180 sərnişin ölkəyə gəlib. İndiyədək baş tutan 8 çarter reysi ilə 1475 həmvətənimiz Azərbaycana gəlib", - deyə məlumatda bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB