“8 Mart - Beynəlxalq Qadınlar günü” münasibətilə şəhid anaları ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, rayon təşkilatının aparat əməkdaşları və şəhid anaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev şəhid analarını “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik edib. Ölkəmizin ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramını bildirən Muxtar Nağıyev şəhidlərimiz kimi, onların analarının, ailələrinin də hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırıb.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın hər zaman şəhid ailələri, müharibə əlilləri və müharibə iştirakçılarını diqqətdə saxladığını, verilən müvafiq sərəncam və qərarlar vasitəsilə bu təbəqədən olan şəxslər, onların ailələrin maddi, sosial durumunun hər zaman yüksəldiyini bildirən Muxtar Nağıyev bundan sonra da bu kimi tədbirlərin, dövlət proqramlarının davam etdirələcəyini görüş iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra şəhid anaları ölkə başçısı, cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini qeyd edərək aparılan islahatlar və yüksək işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Sonda “8 Mart – Beynəlxalq Qadınlar günü” münasibətilə görüşdə iştirak edən şəhid analarına bayram hədiyyələri təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB