Həmkarlar İttifaqlarına olan müraciətlərin 97,9 %-i müsbət həllini tapıb - FOTOLAR

Həmkarlar İttifaqlarına olan müraciətlərin 97,9 %-i müsbət həllini tapıb - FOTOLAR

Martın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin onlayn formatda iclası keçirilib. AHİK-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 5 AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyinə “AHİK-in İcraiyyə Komitəsinin və aparatının 2022-ci ilin I yarımilliyi üçün iş planı haqqında”, “Həmkarlar ittifaqı təşkilatlarının 2021-ci il üzrə statistik hesabatı haqqında”, “2021-ci ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının kurslarında həmkarlar ittifaqı kadr və fəallarının təhsilinin nəticələri və 2022-ci il üçün təhsil planı haqqında”, “2021-ci il ərzində AHİK və üzv təşkilatlarına daxil olmuş ərizə və şikayətlərin təhlili barədə”, “Azərbaycan həmkarlar ittifaqları idman təşkilatlarının 2021- ci ilin yekunları üzrə fəaliyyəti və statistik hesabatlarının əsas göstəriciləri haqqında”, “Azərbaycan həmkarlar ittifaqlarının 2021-ci il üzrə gender statistikası haqqında”, “2021-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adının verilməsi barədə”, “Novruz bayramı ilə əlaqədar aztəminatlı ailələrə ərzaq yardımı göstərilməsi barədə”, “YAŞAT Fonduna maliyyə yardımı göstərilməsi barədə” və “Qarabağ Dirçəliş Fonduna pul vəsaitinin ayrılması haqqında” məsələlərin daxil edildiyi barədə məlumat verib.

Müzakirələrdən öncə S.Möhbalıyev qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ölkəmizin bütün xanımlarını, o cümlədən Azərbaycan həmkarlar ittifaqlarının qadın üzvlərini təbrik edib, onlara möhkəm cansağlığı, səadət və gələcək işlərində uğurlar diləyib. Bildirib ki, şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarına ən xoş arzularımı çatdırıram.

Sonra gündəliyə çıxarılan məsələlərin müzakirəsinə başlanılıb. “2021-ci il ərzində AHİK və üzv təşkilatlarına daxil olmuş ərizə və şikayətlərin təhlili barədə” məsələnin müzakirəsi zamanı qeyd olunub ki, Azərbaycan həmkarlar ittifaqları aparatlarına 2021-ci ildə həmkarlar ittifaqı üzvlərindən 143 834 ərizə və şikayət, o cümlədən elektron poçt vasitəsilə 1 093 müraciət daxil olub. Onlardan 97,9 %-i müsbət həll edilib.

Bildirilib ki, ötən il 124 həmkarlar ittifaqı üzvü AHİK-in rəhbərləri tərəfindən qəbul edilib ki, onun da 65 nəfəri sədrin qəbulunda olub və qaldırdıqları məsələlər öz müsbət həllini tapıb.

Ümumiyyətlə, 2021-ci il ərzində əmək hüquqlarının müdafiəsi ilə bağlı daxil olan ərizə və şikayətlərin arasından işə bərpa ilə əlaqədar həmkarlar ittifaqına 297

Bütün xəbərlər Facebook səhifəmizdə