Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib

Bakı-Sumqayıt-Bakı elektrik qatarları 5 mart (şənbə günü) tarixində iş, 6, 7 və 8 mart tarixlərində isə qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.

SİA-nın məlumatına görə, bu barədə olaraq “Azərbaycan Dəmir Yolları” ASC-dən (ADY) bildirilib.

Xatırladaq ki, Nazirlər Kabineti ötən gün “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə