Milli Kitabxanada kitabtoplama kampaniyası davam edir

Milli Kitabxanada kitabtoplama kampaniyası davam edir

Mart ayının 3-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına Azərbaycan Bəstəkarlar İttifaqı də qoşuldu. SİA xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqı Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə təşkil etdiyi “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”nın dağıdılmış kitabxanaların bərpa edilməsi istiqamətində vacib bir addım olduğunu qeyd etdivə 22 nüsxə kitabı, 54 nüsxə isə Azərbaycan bəstəkarları və musiqiçiləri haqqında bukletləri işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna hədiyyə etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə