Göyçə gölündə suyunun səviyyəsi ötən il martın 1-i ilə müqayisədə 16 sm azalıb. SİA xəbər verir ki, 2022-ci il martın 1-nə Göyçə gölünün səviyyəsi dəniz səviyyəsindən 1900 metr 39 santimetrə yaxın olub. Ötən il martın 1-də göstərici 1900 metr 55 santimetr səviyyəsində olub.
Eyni mənbəyə görə, 2022-ci ilin ilk iki ayında Arpa-Göyçə tunel kanalı ilə qrunt suları da daxil olmaqla 12 milyon 850 min kubmetr su Göyçə gölünə daxil olub. Göyçə gölünə axan çaylar hələ də qış suyunun az olması mərhələsindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB