Ermənistan Parlamentində prezident seçkiləri üçün gizli səsvermə başlayıb. Müxalif “Ermənistan” və “Mənim şərəfim var” fraksiyaları səsvermədə iştirak etməyəcəklərini bəyan ediblər.
Çərşənbə günü səhər parlamentdə hakim “Mülki müqavilə” fraksiyası tərəfindən irəli sürülən Ermənistan Respublikasının yüksək texnologiyalı sənaye naziri Vaaqn Xaçaturyanın namizədliyi müzakirə edilib.
Xaçaturyan bu Parlamentin öz tarixi missiyasını layiqincə yerinə yetirəcəyinə və ölkənin bu çətin vəziyyətdən çıxarılmasında böyük rol oynayacağına əmin olduğunu bildirib. O, namizədliyini irəli sürdüyü üçün “Mülki müqavilə” blokundan olan deputatlara təşəkkür edib.
Vaaqn Xaçaturyan vurğulayıb ki, Ermənistan vətəndaşlarının təhlükəsizliyini təmin etmək və ölkəni inkişaf yoluna yönəltmək lazımdır: “Bizə müdriklik, sabitlik, birlik və inam lazımdır. Yeni layiqli gələcəyimizi qurmaq üçün nəyin bahasına olursa-olsun özümüzü təşkil etməliyik”.
Onun sözlərinə görə, reallığı qiymətləndirmək üçün illüziyalardan qurtulmaq son dərəcə vacibdir, bu, heç bir siyasi sistemin mükəmməl ola bilməyəcəyini dərk etməyə imkan verəcək.
Qeyd edək ki, müxalifətin “Ermənistan” və “Mənim şərəfim var” fraksiyaları prezidentin seçilməsi məsələsinin müzakirəsində iştirak etmir, iclas zalını tərk ediblər.
Birinci turda prezidenti seçmək üçün 81 səs tələb olunur, lakin Mülki Müqavilə fraksiyasının bu qədər deputatı yoxdur, onun sərəncamında 71 mandat var.
Konstitusiyaya görə, seçkilərin üç turu nəzərdə tutulur: ikinci və üçüncü turlarda müvafiq olaraq 65 və 54 səs tələb olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB