Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Çərşənbələr yazın gəlişindən xəbər verir. Bildiyimiz kimi boz ayda qeyd edilən ikinci çərşənbə - Od çərşənbəsidir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Xəbərçi çərşənbə, Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Hər yerdə olduğu kimi Nizami rayonu, Keşlə qəsəbəsində məskunlaşan məcburi köçkünlər də Od çərşənbəsini tonqal qalayaraq qarşılayıb. SİA həmin andan fotoları təqdim edir.
Müəllif: Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB