Sosial şəbəkələrdə dələduzluq edənlər DİQQƏTLİ OLUN! - DİN RƏSMİSİ AYDINLIQ GƏTİRDİ
"Daxili işlər orqanlarına (DİO) vətəndaşlar tərəfindən daxil olan müraciətlərlə bağlı əməliyyat-axtarış, əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər həyata keçirilməklə qanunvericiliyin tələblərinə uyğun olaraq təmin edilir". Bu sözləri SİA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə özündə qanun pozuntusunu əks etdirən paylaşımlarla bağlı DİO tərəfindən əməliyyat-texniki tədbirlər həyata keçirilir və bu neqativ əmələ əl atan şəxslər qısa zaman ərzində müəyyən olunaraq məsuliyyətə cəlb olunur: "Biz dəfələrlə vətəndaşlarımıza müraciət edərək bildirmişik ki, sosial şəbəkələrdə şəxslərinə aid materiallar paylaşan zaman diqqətli olsunlar.
Nəzərə alsınlar ki, onların şəxsi məlumatları digər şəxslər tərəfindən neqativ əməllərdə istifadə oluna bilər. Tanımadığı insanlara şəxsi məlumatları həmçinin bank kartlarının şifrəsi, CVV nömrəsi, şəxsiyyət vəsiqəsinin seriyası, FİN kodu və s. verməsinlər. Belə hallarla rastlaşan vətəndaşlarımız bu barədə DİN-nin 102 Xidməti-Zəng Mərkəzinə həmçinin DİN-nin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB