Havanın çirklənməsinin insan sağlamlığında yaratdığı fəsadlar

Havanın çirklənməsinin insan sağlamlığında yaratdığı fəsadlar

“Havanın çirklənməsinin qarşısını ala bilmək üçün, ilk növbədə havanı nəyin çirkləndirdiyini bilməliyik. Havanı çirkləndirən müxtəlif amillər var. Bunların hamısı antropoliji, yəni insan amilləridir”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Quliyev bildirib.

Onun sözlərinə görə, bunlar isə müxtəlif alt bölgülərə bölünür: “Bunlardan biri sənaye müəssisələrinin, fabrek və zavodların havaya atdıqları tullantılarıdır. Tüstü, yanmış qaz formasında havaya atılan tullantıları da misal göstərə bilərik. İkinci bir amil isə avtomobillərdir. Avtomobillərin havaya atdıqları tullantılar heç də fabrik və zavodlarınkından az deyil. Bu isə avtomobillərin yanacaq tipinin fərqli olmasından asılı olaraq, bir qədər fərqlidir. Bundan əlavə mühərrikin vəziyyətinin hansı formada olması da təsir göstərən amillərdən biridir. Yəni mühərrik nə qədər nasazdırsa, havaya da bir o qədər çox tullantı atılmış olur. Eyni zamanda avtomobillərin texniki baxışdan keçirilməsinə də nəzarət gücləndirilməlidir. Eyni zamanda insanlar öz məişət həyatlarında da atmosferi tullantılar vasitəsilə çirkləndirirlər. Qış mövsümündə istilik üçün istifadə edilən avadanlıqların da tullantıları havanı çirkləndirən amillərdən biridir. İri şəhərlərdə, əhalinin sıx yaşadığı bölgələrdə bu cür tullantıların miqdarı təbii ki, daha çox olur. Bunu isə insanların öz sağlamlıqlarında yaranan problemlər zamanı hiss edirlər".

Ekoloq əlavə edib ki, havanın çirklənməsinin insan sağlamlığında açdığı fəsadlarla bağlı danışmaq isə o qədər də asand deyil: "Çünki bu bir neçə amildən asılı ola bilər. Bu fəsadlar tullantıların miqdarından və çirkin tərkibindən asılıdır. Zibilxanaların yandırılması zamanı atmosferə atılan tullantılar daha qorxulu olur. Ümumiyyətlə, insan sağlamlığı üçün təmiz hava ilə nəfəs almaq çox vacib bir şeydir. Eyni zamanda düzgün qidalanma da insan sağlamlığında mühim rol oynayır. Eyni zamanda şəhərdə yaşayan insanla, kənddə yaşayan insanın fiziki aktivliyi arasında çox böyük fərq var. İnsan nə qədər çirkli hava ilə nəfəs alırsa, bu zaman o qədər halsız, fiziki aktivlikdən yoxsul olur. Ümumiyyətlə atmosfer tullantılarının qarşısını almaq üçün dünyada müxtəlif layihələr həyata keçirilir. Bunlardan biri də daxili yanma mühərrikləri ilə işləyən, avtomobillərin sayının azaldılmasıdır. Onların istehsalın getdikcə son verilməyə çalışılır. By təbii ki, ekoloqların tələbidir. İnsanlar özləri də dünyanın taleyinə biganə deyillərsə bəzi şeylərə öz həyatlarında mütləq diqqət etməlidirlər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə