Novruz bayramının gəlişi təbiətin canlanması, yeni fəslin gəlməsi ilə əlaqələndirilir. Bir çox şərq ölkələrində keçirilin bu bayram ölkəmizdə də böyük maraqla, sevinclə qarşılanır. Bu münasibətlə şənliklər keçirilir, süfrələr bəzədilir, şəkərbura, paxlava bişirilir. Bir sözlə, süfrələr minbir naz-nemətlə bəzədilir. Bolluğun, bərəkətin rəmçi olan səmənilər cücərdilir. Bu bayramda küsülülər barışır. Novruz bayramından əvvəl 4 çərşənbə var ki, onlar su, od, yel və torpaq çərşənbələridir. Hər biri növbə ilə yazın gəlişindən xəbər verir. İkinci çərşənbə olan od çərşənbəsi havanın yavaş-yavaş isinməsindən xəbər verir. Günəş yavaş-yavaş torpağı qızdırır. Hər yerdə tonqallar qalanır. Hər bir ailə üzvünün adına şamlar yandırılır. Bəs görəsən şəhər sakinləri Od çərşənbəsi ilə bağlı nə fikirləşirlər. SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:
Şəhər sakini Günlaz Qasımova: “Novruz bayramı ölkəmizdə qeyd edilən ən gözəl bayramlardan biridir. Yazın gəlişindən xəbər verən bu bayram ölkəmizdə sevinclə qarşılanır. Həyətlərdə tonqallar qalanır. Xonçalar bəzədilir. Uşaqlar da, böyüklər də bu bayramı həyəcanla gözləyirlər”.
Şəhər sakini Xəzangül Musayeva: “ Novruz bayramından əvvəl 4 çərşənbəni qeyd edirik. Su, od, yel və ilaxır çərşənbə torbaq çərşənbəsi. Od çərşənbəsində tonqallar qalanır. Süfrələr bəzədilir. Şəkərbura, paxlava bişirilir. Uşaqlar papaq atırlar. Tonqaldan tullanırlar. Səməni cücərdirlər. Bir sözlə cürbəcür adətlərimiz var. Bunların hamısı Novruz bayramının özəllikləridir”.
Şəhər sakini Lamiyə Bağırova: “Bu bayram bizim milli bayramımızdır. Biz 4 çərşənbənin hamısını ayrı-ayrı qeyd edirik. Hər bir çərşəbənin özünəməxsus xüsusiyyətləri var. Hər il bayram şənlikləri təkil edilir. Torpaq da oyanır, cəmiyyət də oyanır. Yazın gəlişini bayram edirik. Buna ən çox uşaqlar sevinir. Onlar papaq atırlar, yumurta toqquşdururlar. Cürbəcür oyunlar oynayırlar”.
Şəhər sakini Natəvan Məmmədova: “Martın 20-dən 21-nə keçən gün gecə ilə gündüz bərabərləşir. Yazın gəlişi ilə əlaqədar ölkəmizdə bayram keçirilir. Bu bayram bizim qədim bayramımızdır. Novruz bayramının çox gözəl adət-ənənələri var. Novruzun simbolları olan kosa, keçəl və bahar qızı personajları bayram şənliklərində çıxış edirlər. Dümək olar ki, uşaqların ən sevdiyi bayramlrdan biridir. Bu bayramda küsülülər barışır”.
Şəhər sakini Gülşən Əliyeva: “Od çərşənbəsi ikinci çərşənbədir. Novruz bayramı bütün türk dünyasında qeyd edilir. Bu bizim milli bayramımızdır. Bahar qızı, kosa, keçəl bunlar hamısı Novruz bayramının simvollarıdır. hər kəs evində səməni cücərdir. Səməni bolluq ramzidir. Süfrələrə s hərfi ilə başlayan 7 nemət qoyulur".
Şəhər sakini Elçin Məhərrəmov: "Əlbəttə biz Novruz bayramını hər il qeyd edirik. Bütün türk dünyası yazın gəlişini qeyd edir. Ölkəmizdə bayram abu-havası hiss edilir. O gün olsun işğaldan azad edilmiş torpaqlarımızda bu bayramı qeyd edək. Hər kəsin bayramı mübarək olsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB