Sayğacların oxunmasında süni intellektdən necə istifadə ediləcək? - QURUM RƏSMİSİ AÇIQLADI
Azərbaycanda qaz sayğaclarının göstəricilərinin oxunmasında süni intellekt həllindən istifadə olunacağı bildirilib. Bəs, yeni qaydalar necə tətbiq olunacaq?
Mövzu ilə bağlı SİA "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə rəisi Eldəniz Vəliyevin fikirlərini öyrənib: "Sayğacların oxunmasında süni intellektdən istifadə olunması məsələsi barəsində hazırda müzakirələr gedir. Yəqin ki müəyyən müddət ərzində bu reallaşacaq. Sayğacların üzərinə xüsusi cihazlar quraşdırılacaq. Həmin cihazların üzərinə isə şəffaf qutular qoyulacaq. Çünki kimsə həmin cihaza müdaxilə etməsin. Həmin cihaz vasitəsilə əraziyə uyğun olaraq mərkəzə ötürüləcək. Mərkəzləşdirilmiş qaydada sayğaca nəzarət olunacaq. İndiyə qədər Azərbaycanda ağıllı sayğac olmayıb. Smart kart tipli sayğaclar ağıllı sayğac hesab olunur. Lakin bu düzgün deyil. Sayğacların oxunmasında süni intellektdən istifadəsi ilə mexaniki tipli sayğaclar ağıllı sayğaclara çevriləcək, hər ilin əvvəlində limitin yenilənməsi avtomotik olaraq baş verəcək".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB