İnklüziv təhsildə pedaqoji və psixoloji yanaşmalar forumu keçirilib - FOTOLAR

İnklüziv təhsildə pedaqoji və psixoloji yanaşmalar forumu keçirilib - FOTOLAR

Bu gün inklüziv təhsildə pedaqoji və psixoloji yanaşmalar forumu keçirilib. SİA-nın verdiyi məlumata görə, forumda inklüziv təhsil alan şagirdlərə psixoloji və nevroloji yanaşmalardan, inklüziv təhsildə əsas sinif strategiyaları və adaptasiyadan, autizm sindromu və onun yaranma səbblərindən danışılıb.

Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin rəhbəri, ailə-uşaq psixoloqu, təlimçi Vüsalə Əmiraslanova tədbiri giriş sözü ilə açaraq iştirakçıları və tamaşaçıları salamlayıb.

Psixonevroloq Fəxriyyə Məmmədova autizm sindromunun psixiki inkişafın mürəkkəb inteqrativ pozğunluq olduğunu, həmçinin autizmin sosial münasibətlərin birtərəfli defisiti, maraqların məhdudlaşdırılması və hərəkətlərin təkrarlanması olduğunu bildirib.

Qeyd edək ki, forumda Azərbaycan Dövlət Pedaqoji Universitetinin "İbtidai təhsilin pedaqogikası" kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Gülşən Eminova, DV onurğa mərkəzinin nervipatoloqu İradə Əzimova, Pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Xəyalə Məmmədova, Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin psixo-pedaqoqu Aidə Əliyeva çıxış edib.

Sonda tamaşaçılara sertifikat təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə