Türk həkim-dermatoloq Sərpil Özyılmaz, koronavirusa yoluxanların xəstəliklə birlikdə dəri səpgiləri yaşadıqlarını, lakin təxminən 1,5-2 ay sonra digər dermatoloji problemlərdən biri olan intensiv saç tökülmələri yaşamağa başladığını söyləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, dəri problemləri arasında ən çox rast gəlinən xəstəliyin dəri səpgiləri olduğunu ifadə edən Özyılmaz, “Coviddən sonra dırnaq quruluşunda dəyişikliklər çox olur. Dırnaqda cizgilər şəklində özünü göstərir, rəngi dəyişir və bəzən qırılır. Daha aşağı nisbətdə görülən su çiçəyi quruluşuna malik səpgi və nöqtə qabarcıqlar da covid infeksiyasında görülən səpgilərdəndir. Yalnız səpgilər deyil, həm də əllərdə və ayaqlarda qançırlar da meydana gələ bilir" deyə bildirib.
Dermatoloq coviddən sonra saç tökülməsinin səbəbini belə ifadə edib: "Bu gözləniləndir, çünki orqanizmin yaşadığı stress, kalori dəyişikliyi, mikroblarla mübarizə, hüceyrə dəyişiklikləri məhvə səbəb olur. Bunun nəticəsində saçların tökülməsi eyni yerdən yeni tüklərin çıxmasına dəlalət edir”.
Peyvənd zamanı görülə biləcək vəziyyətlərdən danışan həkim-dermatoloq peyvənddən sonra meydana gələ biləcək nəfəs darlığı, qızartı, dəri tapıntıları, şişlik, nəfəs borusunun tıxanması kimi simptomların da görülə biləcəyini söyləyib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB