BDU THİK “Xocalı - insanlığa qarşı cinayət” sənədli filmi hazırlayıb

BDU THİK “Xocalı - insanlığa qarşı cinayət” sənədli filmi hazırlayıb

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən hazırlanan “Xocalı – insanlığa qarşı cinayət” (“Khojaly - crime against humanity") sənədli filminin təqdimatı keçirilib. SİA xəbər verir ki, təqdimatda BDU-nun professor-müəllim heyəti və tələbələri iştirak edib.

Filmin rejissoru BDU THİK sədri Hacıbaba Mustafayevdir. O, çıxışında insanlığa qarşı ən böyük cinayətlərdən olan Xocalı soyqırımı haqqında sənədli filmin beynəlxalq film festivallarında iştirak edəcəyini bildirib.

Daha sonra film nümayiş etdirilib. Xocalı soyqırımı zamanı baş vermiş hərbi cinayətlər sənədli filmin əsas mövzusudur. Filmdə Xocalı faciəsinin dəhşətləri şahidlərinin sözləri ilə tamaşaçılara təqdim olunur.

Sənədli filmin sonunda Xocalı faciəsinin dəhşətlərini bütün dünyaya çatdırmaq üçün BMT-nin 6 rəsmi dilində sosial mesaj verilir.

https://youtu.be/L880xyjfJnk

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə