Şəhər sakinləri Xocalı soyqırımını anır

Şəhər sakinləri Xocalı soyqırımını anır

Xocalı faciəsindən 30 il ötür. SİA xəbər verir ki, bu dəhşətli soyqırımının növbəti ildönümü ilk dəfədir ki, fərqli şəkildə anılır. Çünki ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız 30 ildən sonra azadlığa qovuşub, Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qanı yerdə qalmayıb, qisası alınıb.

2-ci Qarabağ müharibəsi qazisi İsmayılzadə Elvin:
“Mən özüm 44 günlük Vətən müharibəsində iştirak etmişəm. Xocalı qətliamında erməni faşizmi tərəfindən 1992-ci ildə törədilən faciəni yad etmək üçün burdayıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə uzun ömür versin”.

Şəhər sakini Nizami Ağayev:
“Cənab Prezidentimizin səyləri nəticəsində torpaqlarımız geri qaytarıldı. Bu 30 il ərzində işğal altında qalmış torpaqlarımızda artıq yenidənqurma işləri aparılır. Hazırda isə Xocalı soyqırımının 30-cu ildönümünü yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Bakı Xareoqrafiya Akademiyasının müəllimi Razim Salmanov:
“Bu gün xalqımız Xocalı faciəsinin 30-cu il dönümünü qeyd edir. Çox təəssüflər olsun ki, biz hələ də bəzi düşmənlərimizlə qarşı-qarşıyayıq. Biz bunun 44 günlük, 2-ci Qarabağ müharibəsində də şahidi olduq. Təbii ki, Xocalı faciəsi ermənilər tərəfindən törədilmiş bir soyqırımdır. Bütün dünya da artıq bunu təstiqləyir. Onların vəhşiliyi, törətdikləri bu terror hallarının hər birinin qisasını müzəffər ordumuz 44 günlük müharibə çərçivəsində aldı. Onlar vətəndaşlarımızın qanını yerdə qoymadılar. Torpaqlarımızı azad etdik”.

Tarix müəllimi Nərgiz Qürbətova:
“Xocalı faciəsi ilə bağlı məktəbimizd hər zaman tədbirlər keçirir, uşaqları maarifləndirməyə çalışırıq.
Biz bu dəhşəti yaşadıq və heç zaman unutmayacağıq. Uşaqlarımıza da hər zaman bu barədə məlumat verməliyik”.

Şəhər sakini Vüsal Aslanov:
“30 il əvvəl fevralın 25-dən 26-a keçən gecə bizim soydaşlarımıza qarşı soyqırım törətdilər. Tarixə də nəzər saldıq da bu cür hadisələrin dəfələrlə yaşandığını görürük. Allah hər birinə rəhmət etsin, qəbirləri nurla dolsun”.

Qazi Bəhruz Ələkbərzadə:
“Xocalı bizim qanıyan yaramız, döyünən ürəyimizdir. Biz bu hadisə törədiləndə uşaq olmuşuq, amma böyüyüb indi orda həyatını itirənlərin qisasını aldıq. Biz dəmir yumruğumuzu onların başlarına vurduq”.

Şəhər sakini Samirə İbrahimova:
“Mən hər il bu cür səmənilər və digər kompasiziyalar hazırlayaraq, xiyabanlara aparıram. İnşallah qara bayramdan öncə də 2 metr uzunluğunda hazırladığım səməniləri bütün xiyabanlarımıza aparacam”.

Şəhər sakini Ağacanlı Zəminə:
“Bu gün Xocalı faciəsindən artıq 30 il keçir. Xocalıda şəhid olan vətəndaşlarımıza Allahdan rəhmət diləyirik. Mən burdan şəhid analarına və atalarına demək istəyirəm ki, siz hər zaman başınızı uca tutun. Çünki siz o cür mərd, qorxmaz oğul böyütmüsünüz”.

2-ci Qarabağ əlili, Kəlbəcər rayonunun ilk qadın qazisi Məryəm Qarayeva:
“Xalqımızın, Azərbaycanın suverənliyi uğrunda çalışmışıq. Əsgərlərimizin, zabitlərimizin döyüş zamanı sağlamlıqlarını təmin etməyə çalışmışıq. Elə vaxtlar olub ki, biz həftələrlə çörək tapmamışıq. Yaralılarımızı daşıyıb, onların Bakıya göndərilməsi üçün əlimizdən gələni etmişik”.


Şəhər sakini Həsən Qarayev:
“Gizləyib, dinləyib zaman sirrini Dəyişib, dünyanın işi-amalı
Deyəsən yetişir qiyamət günü Vədəsiz küləklər əsir, Xocalı!”.

Şəhər sakini Ülvi İsmayılov:
“Biz DOST könüllüləri olaraq Xocalı faciəsinin anım günü ilə əlaqədar biz də burada öz tariximizi yad etməyə gəlmişik. Ümid edirəm ki, heç bir ölkənin tarixində bu cür qanlı faciə yaşanmaz. Heç bir uşağın gözü yaşlı olmasın”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə