Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.
SİA-nın əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş şəhər sakini Rəna Qurbanova ilə izahedici söhbətlər aparıb. O,yaşadığı evə geri qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Həmin şəxs barəsində Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB