Lotereyalara asılılıq insanların pula ehtirasından irəli gəlir - PSİXOLOQ AÇIQDLADI

Lotereyalara asılılıq insanların pula ehtirasından irəli gəlir - PSİXOLOQ AÇIQDLADI

"İnsanların istər lotereyalara, istərsə də "TOPAZ"a olan maraqları insanların pula olan ehtirasından, maraqlarından irəli gəlir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, təbii ki, "pul yoxdur deyə, yaşam yoxdur" düşüncəsi hər kəsdə ola bilər: "Bu gün aldığı məvaciblər onları qane etmədiyi təqdirdə daha çox pul qazanmaq eşqi, gəlirlərin artması və rahat şəkilə pul qazanmaq fikri formalaşır. Amma bəzən onların borclanmağına gətirib çıxardır. Rahatlıqla pul qazanmaq düşüncəsi insanlarda sosial şəbəkələrə qoşulmaq istəyi yaradır. Bu da sonda cahil cəsarət sindromu ilə atılan addımlardır ki, sonunda dələduzluğa gətirib çıxardır. İnsanlar addım atmamışdan qabaq düşünməlidirlər ki, mənim qazancım və itkim nə qədər ola bilər. "TOPAZ"a, lotereyaya olan maraqlar insanlarda get-gedə asılılıq yaradır, aludəçisinə çevrilirlər. Amma əksinə onlar qazanmaqdan daha çox itirə-itirə gedirlər. Daha sonra bunu şansızlıqla əlaqələndirirlər. "Uğrum olsaydı, şansım olsaydı qazanardım" deyə fikirləşirlər. Bu arzu və istəklərin olması, insanlarda lotereyaya marağı daha da artırır".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə