Evlilikdə yaş meyarı önəmlidirmi?

Evlilikdə yaş meyarı önəmlidirmi?

Nikah dini, hüquqi və ya sosial qanunlara və ya adətlərə uyğun olaraq iki və ya daha çox şəxsin bir araya gəlməsidir. Ölkə və ya icma qanunları ər-arvadlara bir-biri üzərində hüquq və vəzifələr verir, məsələn, gender inhisarı, bir-birinin əməyi, gəliri və əmlakı üzərində sahiblik, bir-birinin uşaqları üzərində qəyyumluq kimi müəyyən məhdudiyyətlərdən ibarətdir.

Ümumiyyətlə, ailə hər bir cəmiyyətin ən dəyərli şöbəsidir. Lakin bugünkü günümüzə nəzər salsaq boşanmaların sayı olduqca artıb. Təbii ki, bunun müəyyən səbəbləri vardır. Evlilikdə yaş meyarı da bu səbəblərdən biridir.

Biz də SİA olaraq boşanmalarda yaş fərqinin önəm kəsb edib-etmədiyini araşdırdıq.

“Təbii ki, yaş özü də evlilikdə müəyyən bir rol oynayır. Statiskaya görə 90 faiz mühim yaş faktorunun mühim rol oynadığı təsbit edilib. Amma müəyyən zamanlar ola bilər ki, yaş artıq burada heç bir önəm kəsb etməsin”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bildirib.

Onun sözlərinə görə, bu isə fərdlərin artıq şəxsi psixoloji vəziyyətlərindən asılıdır: “Münasibətlərdə kişi 3-4 yaş daha böyük olduqda, bu zaman o kişi öz ailəsinin qayğısına daha yaxşı qala bilir. Adətən cəmiyyət elədir ki, qadınlar kişilərdən sanki daha tez formalaşıb, inkişaf edir. Amma artıq hər iki cins nümayəndəsi yaşıd olduqda bu zaman ikisi də bir qədər uşaq xüsusiyyətlərini özlərində daşıyırlar. Amma kişinin 4-5 yaş böyük olması, onun müəyyən həyat təcrübəsinə sahib olduğunu və ailənin nə olduğunu göstərir. Eyni zamanda ailənin idarə oluna bilməsi üçün də müəyyən təcrübəyə sahib olur.

Amma bütün bunlardan əlavə bizim ailələrin qayğısına qalan fəaliyyət planımız yaradılmalıdır. Ölkədə humanitar, sosial siyasəti təcili şəkildə dəyişmək lazımdır”.

Məsələ ilə bağlı psixoloq fikirini də öyrəndik.

“Ümumiyyətlə evlilik prosesinin insanların şəxsi seçimi ilə baş tutması daha məqsədəuyğundur. Eyni zamanda özgüvən problemi yaşayan insanlar da seçim qarşısında qalırlar və adətən düzgün seçim edə bilmirlər”.
Bu sözləri SİA-ya açıqlamasında Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, evlilikdə bəylə xanım arasında yaş fərqinin 5-6 yaş olması daha düzgündür. Lakin bəzi hallarda bu yaş fərqi 1-2 yaş olaraq da dəyişə bilir: “Əlbəttə ki, bu proses yaşdan daha çox dünya görüşünə, əqidəyə bağlıdır. İnsanın dünya görüşündə, əqidəsində qarşı tərəfə hörmət, onu olduğu kimi qəbul etmək kimi xüsusiyyətlər tam şəkildə formalaşıbsa artıq bu zaman problemlər daha az olur.
Ümumiyyətlə qızların inkişafı oğlanlardan daha sürətli olduğuna görə, yaş fərqinin 10 deyil 5-6 yaşda olması məsləhətlidir”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə