Azərbaycanda keçmiş icra başçısı vəfat edib. SİA xəbər verir ki, Masallı və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Səfərov Azər Fəttah oğlu dünyasını dəyişib.
Azər Səfərov Ağsu rayonunda YAP - nın yaranmasında və fəaliyyət göstərməsində müstəsna xidmətləri olub. Azər Səfərov 1951-ci il noyabrın 20-də Ağsu rayonunun Nuran kəndində dünyaya göz açıb .1968-ci ildə Ağsu rayonu 3-saylı orta məktəbi qızıl medalla bitirib . Həmin il ADP İnstituna daxil olub , 1972-ci ildə oranı Fərqlənmə diplomu ilə bitirib . İxtisasca fizikdir .
1973-1974-cü illərdə Macarıstan Xalq Respublikasında hərbi xidmətdə olub . 1974-cü ildə Ağsu şəhərindəki 3-saylı məktəbdə fizika müəllimi kimi fəaliyyətə başlayıb. 1985 - 1986-cı illərdə UNESKO xətti ilə Moskva şəhərindəki Dövlət Pedaqoji İnstitu yanında fəaliyyət göstərən kursda Fransız dilini mükəmməl şəkildə öyrənmiş və fərqlənmə diplomu almışdır. 1986-1990-cı illərdə Konqo Xalq Respublikasının paytaxtı Brazavil şəhərində " Liberation " liseyində fizika müəllimi kimi fəaliyyət göstərib.
Ölkəyə qayıtdıqdan sonra 1990-cı ildən Ağsu şəhərindəki 3-saylı orta məktəbdə müəllim kimi fəaliyyət göstərmişdir. 1993-cü ildə isə Ağsu rayon Təhsil şöbəsinin müdiri olmuşdur.
Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 1993-2002-ci illərdə Ağsu RİH- nin , 2002-2004-cü illərdə isə Masallı RİH-nin başçısı vəzifəsində çalışmışdır.
Azər Fəttah oğlu Səfərov 2022-ci ilin yanvar ayının 18-də vəfat etmişdir .
Həmkarı və dostu Musa Musayev də ailəsinə və yaxınlarına baş sağlığı verir. Allahdan rəhmət, yaxınlarına səbr diləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB