18-22 fevral 2022-ci il tarixlərdə Şabran şəhər 3 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş şahmat üzrə kiçik yaşlı oğlan və qızlar arasında rayon birinciliyinin mükafatlandırılması keçirilib.
Mükafatlandırma mərasimində Şabran rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əliməmmədov, rayon Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən UGİŞM-in direktoru Zeynal Zeynalov və məşqçi-müəllim heyəti iştirak ediblər. Tədbirdə qeyd olunub ki, Xocalı faciəsi xalqımızın qanlı səhifəsidir. Bu faciə erməni faşizminin xalqımıza qarşı həyata keçirdiyi qanlı terror siyasətinin bariz nümunəsidir. Qeyd olunub ki, gələcək nəsillər bu faciə barədə məlumatlanmalı, xalqımıza qarşı törədilən qanlı faciəni unutmamalı və vətənpərvərlik ruhunda böyüməlidirlər. Yarışda 43 nəfər idmançı iştirak ediblər.
Sonda qaliblər rayon Gənclər və İdman İdarəsinin fəxri-fərmanları ilə təltif olunmuşlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB