"Qan gölünə dönən Xocalı" adlı sərgi keçirilib

"Qan gölünə dönən Xocalı" adlı sərgi keçirilib

Əzim Əzimzadə adına mənzil muzeyində Xocali faciəsinin 30 cu ildönümünə həsr olunmuş tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, tənqidçi-sənətşünas İradə Əzimzadə "Qan gölünə dönən Xocalı" adlı sərginin keçirilməsinin məqsədi haqqında danışıb. Xocalı faciəsinin Azərbaycan xalqının tarixində ən faciəli bir səhifə olduğunu, bu faciənin mənfur erməni faşizminin əsl simasını göstərdiyini qeyd edən İ.Əzimzadə əlavə edib ki, Xocalı soyqırımı qurbanlarının xatirəsini hər zaman yad etmək , böyüməkdə olan gənc nəslə Azərbaycan tarixi haqqinda həqiqətləri çatdırmaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunun yüksəltmək olduqca vacib məqamlardır. Bu hər bir Azərbaycan vətəndaşının milli məsuliyyətidir, vətənpərvərlik vəzifəsidir. Bu günkü tədbirin əsas missiyası da Xocalı faciəsindən erməni hərbi birləşmələrinin törətdiyi vəhşilikləri öz əsərlərində əks etdirərək göstərməkdir.

Sərgidə iştirak edən “Sübhnur” Tədris Mərkəzinin direktoru Gülnarə Hüseynova və C.Cabbarli adina ev muzeyinin nümayəndələri diqqətə çatdırıblar ki, bu qanlı faciə xalqımızın qan yaddaşıdır, erməni faşizminin xalqımıza qarşı apardığı terror siyasətinin bariz nümunəsidir. Qeyd olunub ki, bu qanlı faciə barədə uşaqlarımızın hər zaman məlumatlandırılması, onların vətənpərvər ruhda böyümələri üçün tədbirlər görülməsi zəruridir. Sərgidə “Sübhnur” Tədris Mərkəzinin rəsm dərnəyinin üzvləri olan balaca rəssamlar Məmmədova Mələk, Məmmədzadə Hidayət, Vəlizadə Əzizə və Tunar Hüseynli iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə