Bill Piters Uşaq Reabilitasiya Mərkəzində olub

Bill Piters Uşaq Reabilitasiya Mərkəzində olub

Autizm üzrə məşhur amerikalı mütəxəssis, “Child witha Future” fondunun təmsilçisi Bill Piters Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 saylı Uşaq Reabilitasiya Mərkəzində olub. SİA xəbər verir ki, Bill Piters hələ 2 yaşında olarkən onda autizm xəstəliyi aşkar olunub. Böyüdükcə ardıcıl səylərlə vəbacarıqla sosial həyata adaptasiya olan 40 yaşlı B.Piters hazırda bu sahədə məşhur mütəxəssislərdən biridir. O, həyatını eyni diaqnozu olan başqalarına gündəlik həyatda lazım olan bacarıqlara yiyələnməkdə, sosiallaşmada kömək etmək üçün autizmli insanlarla, onların ailələri ilə ünsiyyət quraraq öz məsləhətləri, seansları ilə dəstəyini göstərir.

Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri göstərilən autizm sindromlu sağlamlıq imkanları məhdud uşaqlarla görüşən mütəxəssis onlarla sosial-psixoloji seanslar təşkil edib. B.Piters müəssisədə autizm sindromlu uşaqlara göstərilən reabilitasiya və sosial-psixoloji xidmətlərlə də yaxından tanış olub.

Bildirilib ki, Agentliyin 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində ötən il ərzində 524-ü stasionar olmaqla, ümumilikdə, 1026 sağlamlıq imkanları məhdud uşağa reabilitasiya xidmətləri göstərilib. Bu ilin əvvəlindən isəhəmin mərkəzlərdə 620 sağlamlıq imkanları məhdud uşaq reabilitasiyaya cəlb edilib.

Agentlik tərəfindən icra edilən daha bir dəstəklayihəsi çərçivəsində ötən il 200-dən çox, bu il isə 40 sağlamlıq imkanları məhdud uşağın valideyninə psixoloji dəstək və reabilitasiya ilə bağlı maarifləndirici sessiyalar keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə