Tərəvəzləri bu qayda ilə bişirsəniz qida dəyərini və rəngini dəyişməz - QİDA MÜTƏXƏSSİSİ AÇIQLADI
"Təzə meyvə və tərəvəzlərin, günəşdən aldığı enerji səbəbiylə qida dəyərləri çox zəngin olur. Bişirildikdə isə günəşdən aldığı enerjini itirər, həmçinin struktur dəyişikliyə məruz qalaraq su itkisi meydana gələr və minerallara dönüşməyə başlayar. Buna elmi dildə bişən tərəvəzin torpağa dönməsi də deyilir. Beləki suyunu itirən tərəvəzin həcmi azalır, mineral tərkibi artar. Nəticə etibarilə minerallar vücudda ağır qalıqlar əmələ gətirir və bu qalıqlar əzələlər arasında , toxumalarda, damarlarda toplanaraq onları sərtləşdirir. Bu səbəblə çiy tərəvəzlərdən bol, bişmiş tərəvəzlərdən isə az miqdarda istehlak etmək daha məqsədəyğundur". Bunu SİA-ya açıqlamasında Qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.
Onun sözlərinə görə, çıxış yolu, tərəvəzləri "Blanch" texnologiyası ilə bişirməkdir: "Blanch texnologiyası, bişən tərəvəzlərin rəngini, qida dəyərini və görünüşünü qorumaq məqsədi daşıyır. Blanch texnologiyası fransızcada ağartmaq anlamına gəlir, eyni zamanda fransız dilində məhsulların isti suda möhürlənməsinə də blanch deyilir. Blanch texnologiyası zamanı tərəvəzlər qaynar suya əlavə olunur və biraz qaldıqda səthləri möhürlənir. Daha sonra tərəvəzlər qaynar suda möhürlənib, əvvəlcədən hazırlanmış buzlu suya qoyulur. Beləliklə vitamin və mineral itkisinin qarşısı alınır. Bu texnologiya tərəvəzlərin rənginin canlı qalmasını və qida dəyərinin dəyişməməsini təmin edilir. Bir sözlə, tərəvəzin rəngini, vitaminlərini və qida dəyərini qorumaq üçün bu texnologiya vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB