Fondun xərclərinin 97 faizdən çoxunu sosial ödənişlər təşkil edib - NAZİR
Bu gün Bakıda keçirilən “MDB-də sosial islahatlar: trendlər, potensiallar, həllər” mövzusunda beynəlxalq konfransında Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə videoçarxın nümayişi ilə başlayıb. SİA xəbər verir ki, tədbirdə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son dörd ildə Azərbaycanda ölkə əhalisinin 40 faizindən çoxunu əhatə edən üç əsas sosial islahat paketi həyata keçirildiyini, bu paketlərüçün ayrılan əlavə illik vəsaitin ümumilikdə 6 milyard manat və ya 3,5 milyard ABŞ dolları olduğunu bildirərək çıxış edib.
Onun sözlərinə görə, həmin dövrdə minimum əməkhaqqının orta hesabla 2,3 dəfə, minimum pensiyanın 2,2 dəfə, sosial müavinətlərin 70%, ümumi sosial xərclərin 2,5 mlrd. manat artdığını diqqətə çatdırıb:“2018-ci ilə nisbətən orta aylıq pensiyada orta hesabla 65 faiz, orta aylıq əmək haqqında 35 faiz, median əmək haqqında 74 faiz, əmək haqqı fondunda 2 dəfə artım baş verdiyini qeyd edib. Qeyd edilən dövrdə əmək müqavilələrinin sayının 30 faiz artması sosial sığorta daxil olmalarına da müsbət təsir göstərib. Son 4 ildə DSMF-nin gəlirləri 42 faiz və ya 1,5 milyard manat artıb. Dövlət büdcəsindən Fonda transfertlərin həcmi isə 14 faiz azalıb və bu il üçün həmin həcm 21,6 faiz təşkil edib. Həmin dövrdə DSMF tərəfindən sosial sığorta ayırmaları hesabına əhaliyə ödənilən sosial ödənişlərin həcmi 1,5 milyard manat artıb və Fondun xərclərinin 97 faizdən çoxunu sosial ödənişlər təşkil edib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB